Sarımsağın qabığının nə qədər faydalı olduğunu bilsəniz, onu təmizləyəndə zibil kimi atmazsınız. Bu qiymətli “tullantı” gəncliyin ömrünü uzatmağa kömək edir.
Buna nail olmaq üçün ayın müəyyən günlərində sarımsağın ağ qabıqlarından hazırlanmış dəmləməni içmək lazımdır. Bir şərtlə ki, məhsul yerli istehsal olsun.
İçkini hazırlamaq üçün bir ovuc sarımsaq qabığı götürülür. Çaynik qaynadılır və 1–2 dəqiqə gözləyəndən sonra stəkana tökülmüş qabıqların üstünə əlavə edilir. Ağzı bağlı qabda 8 saat saxlayıb sonra süzmək və 10 gün ərzində gündə yarım stəkan qəbul etmək lazımdır.
Dəmləməni yalnız stəkandakı su soyuduqdan sonra içmək olar. Hazırlanmış “çayı” heç vaxt ilıq, yaxud isti halda içmək olmaz.
Gün ərzində 4 stəkan qəbulu tövsiyə edilir. Məlhəmin soyuması uzun çəkdiyinə görə, onu öncədən hazırlamaq lazımdır.
Sarımsaq “çayı”nı içməyin də öz vaxtı var. Mütəxəssislərin fikrincə, kişilər bu içkini hər hansı ayın 10–20-si arası, qadınlar isə 20-dən 30-u tarixinə qədər içə bilərlər.
İçki dərini cavanlaşdırır, rəngini parlaq edir və qocalmanı ləngidir. Həmçinin orqanizmdən toksin, duz, ağır metal, radioaktiv birləşmələri, sərbəst radikalları çıxarıb zərərsizləşdirir. Qabıqda olan pektin damarları təmizləyir.
Z.HÜSEYNLİ
XQ