AZ

Azərbaycanın düşməni İrəvana gəlir

Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo sentyabrın 13-də Ermənistana gələcək.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Sentyabrın 13-də saat 18:30-da İrəvandakı “İbis” otelində Luis Moreno Okampo ilə açıq görüş olacaq.

Qeyd edək ki, Luis Moreno Okampo Azərbaycana qatı düşmən münasibəti bəsləyən şəxs kimi tanınır. Okamponun dəfələrlə Azərbaycan əleyhinə yaydığı əsassız və qərəzli “ekspert rəyi"ndə ermənilər müdafiə edilib, rəsmi Bakı isə suçlanıb.

Okampo xüsusilə 44 günlük müharibə zamanı və Qarabağda keçirilən antiterror əməliyyatları zamanı fəallıq edir, ermənilər üçün az qala yaxasını cırırdı.

2003-2012-ci illərdə Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru olmuşLuis Okampo nədənsə heç vaxt ermənilərin törətdiyi soyrıqımından - Xocalı genosidindən danışmayıb.
Ermənilər Luis Moreno Okampounun hazırladığı “ekspert rəyi"ndən anti-Azərbaycan kampaniyası aparmaq üçün geninə-boluna istifadə edirlər.

Seçilən
75
modern.az

1Mənbələr