AZ

Əmlak Xidməti qanunları TANIMIR? - ETİRAZ VAR...

"İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) “Veteranlar haqqında” qanunu Tarif Şurasının qərarından aşağıda tutmasından, Konstitusiyanın 73-cü maddəsinə zidd olaraq qanunda nəzərdə tutulmayan haqq tələb edib vətəndaşların əmlak hüquqlarına kobud qadağa qoymasından media bilgi yayımlayıb". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.Məqalədə daha sonra bildirilir: "Konstitusion hüquqa kobud qadağaya baxın, qanun müharibə veteranlarının istifadələrində olan dövlət bağlarının və bağçılıq sahələrinin ƏVƏZSİZ olaraq onların ŞƏXSİ MÜLKİYYƏTİNƏ verilməsini doğrulayır, əmlak dəllaları bu ƏVƏZSİZ hüququn haqqını Tarif Şurasının qərarı ilə ƏVƏZLƏYİRLƏR. Özbaşınalıq təfsirindən hələ də ƏMDX, DƏDKR ( Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsi) əl çəkmir, “dedığım dedik, çaldığım düdük” prinsipi ilə 5 saylı “ASAN Xidmət” mərkəzində 3 aydır hazır olan sənədin verilməsinə görə 125 manat dövlət rüsumu və 118.48 manat Tarif Şurasının bəlirlədiyi xidmət haqqı tələb edirlər. Bəs ali dövlət hakimiyyəti orqanları, bağlantılı dövlət qurumları, hüquq orqanları, “ASAN Xidmət”in özü nə deyir? Hamısı İqtisadiyyat Nazirliyinin rəhbərliyinə göndərir, sonda yenə DƏDKR-in nağıl-təfsiri qüvvəyə minir. “ASAN Xidmət”dənsə ƏMDX-ya göndərilən və cavab tələb edilən sorğuya bu yol DƏDKR-in rəis müavini Elvin Məmmədov əndrabadi cavab verib. Digər müavin Elşad Məmmədovun şəxsi mülkiyyətin hüquqların dövlət qeydiyyatına alınması anlamına gəlmədiyi haqqında təfsirinə Elvin Məmmədov “ Veteranlar haqqında qanunun 11-ci maddəsinin verdiyi ƏVƏZSİZ hüququn dövlət rüsumundan azadolmada nəzərdə tutulmadığını əlavə edib. “Cib təfsiri”nin müəllifi Kamil Abbaslı olsa da, imzalayanlar Elşad Məmmədov və Elvin Məmmədov olduqlarından “yeni təfsir -əqli mülkiyyət” hüququnun həmmüəllifləri sayılırlar. Dəhşətdir, bu yekəlikdə İqtisadiyyat Nazirliyi, yanındakı qurumlar Konstitusiyanı , qanunu “cib təfsiri” ilə tamahlarına qurban verirlər. Qarabağ qaziləri mülkiyyət hüquqlarının qeydiyyat sənədini 5 saylı “ASAN Xidmət” mərkəzindən tələb edirlər, nədən bu mərkəz öncədən heç bir ödəniş, haqq almadan sənədi hazır olanda götürməyi bildirib. İndi isə 2 aydır hazır sənədə görə qanunda nəzərdə tutulmayan 243 manatlıq “TARİF HAQQI” tələb edilir. Bunun özü də korrupsiya faktını ortaya qoyur. Rüsumun öncədən alınması qanunvericiliyin tələbidir, alınmayıbsa, sonradan tələb olunan haqqın da qeydiyyatdan gizlədilməsi deməkdir. Bu barədə 961 xidməti hər çağ olduğu kimi , 20 dəqiqə “onlayn növbədə gözlədib, sonra-sonraya saxlasa” da, 161 xidmətinə bilgi verilib. Görək, prokurorluq korrupsiyaya qarşı mübarizəyə öz töhfəsini verəcəkmi? İnzibati qaydada kimin qiymət verəcəyi hələ də bilinmir. “ASAN Xidmət”in şəffaf işinə əmlak dəllallarının kölgə salması ağrıdıcıdır. Azərbaycanın “şəffaflıq brendi” kimi təqdim olunan xidmət artıq gözdən salınıb. “Gözdənsalma xidməti”nin məcburiliyi də mübahisə predmetidir. Niyə “ASAN Xidmət” özünün təmiz adının ləkələnməsinə göz yumur, 5 saylı “ASAN Xidmət” mərkəzinə göstəriş verməkdənsə, ƏMDX-ya müraciət edir? Axı hazır sənəd 5 saylı “ ASAN Xidmət” mərkəzindədir, verilməsi niyə təmin olunmur? Qarabağ savaşı qaziləri 5 saylı “ASAN Xidmət” mərkəzinin qarşısında “ DƏDKR-in rüşvət, korrupsiya xidmətinə son” şüarı ilə piket keçirməklə problemi çözmək fikrindədirlər. Qarabağ Qazilərinin Müdafiə Komitəsi BŞİH-ə 13.09.2024-cü ildə keçiriləcək aksiya barədə xəbərdarlıq edib. DİN-dən isə təhlükəsizliyin təminatı istənilib".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
4
dia-az.info

5Mənbələr