AZ

Qəzzada girovlar azad edilə bilər - Blinken

 Yaxın günlərdə ABŞ və vasitəçilər rolunda çıxış edən Qətər və Misirin köməyi ilə Qəzza zolağında girovların azad edilməsi ilə bağlı yeni təkliflər təqdim olunacaq.Bu barədə ABŞ dövlət katibi Antoni Blinken bildirib.


"Gözləyirəm ki, yaxın günlərdə biz bu məlumatla İsraillə bölüşəcəyik . Vasitəçi ölkələr HƏMAS ilə qalan həll olunmamış problemlərin həlli ilə bağlı bizim mövqeyimixi müzakurə edəcək. Bundan sonra tərəflərə "hə” və ya "yox” qərarını vermək qalacaq”,  - diplomat Haitidə mətbuat konfransında deyib.


O, əlavə edib ki, "gündəlikdə olan məsələlərin 90% -i razılaşdırılıb, lakin hələ də konsensusa gəlməli bir neçə vacib məsələ var və onlar sazişin müəyyən aspektlərinin necə həyata keçiriləcəyi ilə bağlıdır”.


N.Təbrizli

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
anews.az

1Mənbələr