Almaniya kansleri Olaf Şolz bu gün, sentyabrın 6-da Frankfurtda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Editor.az bildirir ki, bunu Almaniya hökumətinin sözçüsü AFP-ə bildirib. “Der Spiegel” yazır ki, Zelenski həmçinin Ukraynanı dəstəkləyən ölkələrin Frankfurtun cənub-qərbindəki Ramşteyn aviabazasında keçiriləcək toplantısında iştirak edəcək.
İclasa Pentaqonun rəhbəri Lloyd Ostin sədrlik edəcək. Jurnal aydınlaşdırır ki, Ukrayna prezidentinin tədbirdə iştirakı yerlərdə “vəziyyətin ciddiliyini” vurğulamaq məqsədi daşıyır.
//Samir Qurbanov, Editor.az