AZ

Milli Kitabxanada “Cəfər Cəfərov - 110” adlı sərgi açılıb

Milli

Bakı, 6 sentyabr, AZƏRTAC

Milli Kitabxanada teatrşünas və ədəbiyyatşünas alim Cəfər Cəfərovun anadan olmasının 110 illiyi münasibətilə kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Cəfər Cəfərov - 110” adlı sərgidə alimin müəllifi olduğu əsərlər, tərcümələri, tərtibçi və redaktə etdiyi kitablar yer alıb.

Həmçinin Cəfər Cəfərovun həyat və yaradıcılığı haqqında yazılan ədəbiyyatlar Azərbaycan və xarici dillərdə nümayiş olunub.

Sərgi bir həftə davam edəcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
azertag.az

2Mənbələr