Azərbaycanda icbari sığorta üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə yığımlar 209 milyon 473 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 960 min manat və ya 3% çoxdur.
2023-cü ilin yanvar-iyul aylarında bu göstərici 205 milyon 214 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 73 milyon 378 min manat təşkil edib ki, bu da illik müqayisədə 11 milyon 727 min manat və ya 19% çoxdur.
Əvvəlki ilin eyni dövründə 61 milyon 651 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 35% təşkil edib. Zərərlilik son bir ildə 5% artıb.
Ötən ilin eyni dövründə zərərlilik 30% idi.