AZ

Ölkənin iri pomidor istehsalçısı kapitalını 1 milyon manatdan çox azaltdı

“Agroterm” MMC (iri pomidor istehsalçısı və ixracatçısı) nizamnamə kapitalının azaldılması ilə bağlı qərar qəbul edib.

Valyuta.az şirkətin elanına istinadən bildirir ki, nizamnamə kapitalı 1 milyon manatdan çox azaldılıb.

“Agroterm” MMC-nin nizamnamə kapitalı 23 milyon 712,455 min manat təşkil edirdi. Beləliklə, nizamnamə kapitalı 22 milyon 362,455 min manata qədər azaldılıb.

Xatırladaq ki, şirkət ən son 2022-ci ildə kapitalını 1 milyon manat azaltmışdı.

Rəvanə Sərdarova

Seçilən
122
50
valyuta.az

10Mənbələr