AZ

Bakıda keçiriləcək COP29 dünya üçün çox önəmli bir addımdır - Basri Bağcı

Bakı. Trend:

Noyabr ayında COP29-un Bakıda keçirilməsi dünya və Azərbaycanüçün çox önəmli bir addımdır. Bu konfrasın uğurla həyata keçəcəyinəümid edirik.

Trend xəbər verir ki, bunu Türkiyənin Konstitusiya Məhkəməsininsədr müavini Basri Bağcı Bakıda “Hüquq və iqlim” (Law and climate)mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

O qeyd edib ki, dünyada iqlim dəyişikliyi gələcək üçün böyükproblemdir.

"Hüquq iqlim və ətraf mühitlə bağlı məsələlərdə ən vacibvasitələrdən biridir. Türkiyə Konstitusiya Məhkəməsi ilqim və ətrafmühit mövzularında qərarlar qəbul edib. Azərbaycanda bu problemləridilə gətirmək fürsəti əldə etdiyimiz üçün şanslıyıq. Bugünkükonfransın uğurla başa çatacağına ümid edirik", - deyə obildirib.

Qeyd edək ki, Bakıda Ali Məhkəmə və Azərbaycan Hakimlərİttifaqının təşkilatçılığı ilə “Hüquq və iqlim” mövzusundabeynəlxalq konfrans keçirilir.

Tədbirdə Hakimlər İttifaqının sədri Ramiz Rzayev, COP29-unprezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, AliMəhkəmənin sədri İnam Kərimov, Beynəlxalq Hakimlar İttifaqının (IA)prezidenti Duro Sessa, Ombudsman Səbinə Əliyeva, TürkiyəninKonstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı və digər şəxsləriştirak edir.

Tədbirin məqsədi hüquq ictimaiyyətinin diqqətinin iqlimdəyişikliyi ilə bağlı dünyada gedən proseslərə cəlb edilməsi, busahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədəməlumatlılığın artırılmasıdır.

Konfransda “İqlim dəyişikliyi üzrə BMT-nin Çərçivə Konvensiyası:Kiyoto, Doha və Paris əlavələri”, “Iqlim dəyişikliyi və insanhüquqları: çağırışlar və hüquqi tənzimlənmə”, “İqlim dəyişikliyiilə bağlı mübahisələr üzrə milli və beynəlxalq məhkəmələrtərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi xüsusiyyətləri”,“İqlim dəyişikliyi ilə bağlı hədəflərdə ekoloji cinayətkarlıqlamübarizənin rolu: beynəlxalq və milli kontekst” və bir sıra digərmövzularda müzakirələr təşkil ediləcək.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
7
az.trend.az

6Mənbələr