AZ

Ruslar Lvovu yenidən vurdular, güclü yanğın başlayıb

Sentyabrın 6-na keçən gecə ruslar “Şahed” hücum dronları ilə Ukraynaya, xüsusən də Lvov vilayətinə hücum edib. Hücum nəticəsində Lvov yaxınlığında yanğın baş verib.

Editor.az bildirir ki, bu barədə şəhər meri Andrey Sadovı Telegram-da məlumat verib. Onun sözlərinə görə, dronlardan birindən dağıntıların düşməsi Malexov kəndi yaxınlığındakı anbarlarda yanğına səbəb olub.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Lvov vilayət idarəsi bildirib ki, pilotsuz təyyarələrdən digərinin dağıntıları da Murovanoye kəndinə düşüb. Yanğının söndürülməsinə 32 xilasedici və 6 ədəd xüsusi texnika cəlb olunub.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
88
editor.az

1Mənbələr