Bakı. Trend:
COP29-un əsas mövzusu və prioriteti iqlim maliyyəsidir.Konvensiyanın terminologiyası ilə desək, Bakı COP-unda iqlimdəyişikliyi ilə mübarizə sahəsində “Yeni Kollektiv KəmiyyətHədəfi”nin razılaşdırılması nəzərdə tutulur. Bununla yanaşı, COPçərçivəsində iqlim dəyişmələri üzrə vacib sahələr - mitiqasiya vəadaptasiya istiqamətləri əhatə olunacaq. Eyni zamanda,danışıqlardan kənar önəmli istiqamətlər olan dövlətlər tərəfindən“İkiillik Şəffaflıq Hesabatları”, “Milli Müəyyən edilmiş Töhfələr”,“Milli Adaptasiya Planları”nın hazırlanması və təqdim edilməsiməsələləri də diqqət mərkəzindədir.
Trend xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş prezidenti,ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BakıdaAzərbaycan Hakimlər İttifaqı və Ali Məhkəmənin birgə təşkilatçılığıilə “Hüquq və iqlim” (Law and climate) mövzusunda keçirilənbeynəlxalq konfransda deyib.
Nazir bildirib ki, Azərbaycanın COP29 Sədrliyi tərəfindən 14əsas təşəbbüs irəli sürülüb. M.Babayev qeyd edib ki, məqsəd yalnızmilli deyil, qlobal səviyyədə yeni yanaşmalar və innovativ həllyolları təklif etməkdir. Azərbaycan bu təşəbbüslərlə qlobalsəviyyədə yaşıl iqtisadiyyata keçidini dəstəkləməkdə öz liderliyinidavam etdirəcək. Bu tədbirlər ölkəmizin beynəlxalq səviyyədəetibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini daha dagücləndirəcək.
“Azərbaycanın COP29-a Sədrliyi dövründə iqlim dəyişikliyi iləmübarizədə qanunvericiliyin təkmilləşdirilməsi xüsusi əhəmiyyətkəsb edir. Həmin Forum, qlobal iqlim böhranına qarşı mübarizədəhüquqi alətlərin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın daha dadərinləşdirilməsinə böyük töhfə verəcək.
Qeyd olunmalıdır ki, iqlim dəyişmələri fundamental insanhüquqlarının təminatına da ciddi təhlükədir. Bu baxımdan, COP29tədbiri dövlətlər və beynəlxalq təsisatlarla yanaşı iqlimdəyişmələri danışıqlarında maraqlı olan digər tərəflər –ekoaktivistlər, uşaq və gənclər, əlilliyi olan şəxslər və digərhəssas qruplar üçün də platforma olacaq. Heç kimin kənardaqalmaması və bütün maraqlı tərəflərin COP prosesində iştirakhüququnun təmin edilməsi prioritet məsələrdəndir. Məsələninəhəmiyyəti nəzərə alınaraq ictimai iştirakçılıq barədə müddəa COP29tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar olaraq BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi ilə imzalanmış“Ev Sahibi Ölkə Sazişi”ndə də öz əksini tapıb”, - deyə nazir qeydedib.
Qeyd edək ki, Bakıda Ali Məhkəmə və Azərbaycan Hakimlərİttifaqının təşkilatçılığı ilə “Hüquq və iqlim” mövzusundabeynəlxalq konfrans keçirilir.
Tədbirdə Hakimlər İttifaqının sədri Ramiz Rzayev, COP29-unprezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, AliMəhkəmənin sədri İnam Kərimov, Beynəlxalq Hakimlar İttifaqının (IA)prezidenti Duro Sessa, Ombudsman Səbinə Əliyeva, TürkiyəninKonstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı və digər şəxsləriştirak edir.
Tədbirin məqsədi hüquq ictimaiyyətinin diqqətinin iqlimdəyişikliyi ilə bağlı dünyada gedən proseslərə cəlb edilməsi, busahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədəməlumatlılığın artırılmasıdır.
Konfransda “İqlim dəyişikliyi üzrə BMT-nin Çərçivə Konvensiyası:Kiyoto, Doha və Paris əlavələri”, “Iqlim dəyişikliyi və insanhüquqları: çağırışlar və hüquqi tənzimlənmə”, “İqlim dəyişikliyiilə bağlı mübahisələr üzrə milli və beynəlxalq məhkəmələrtərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi xüsusiyyətləri”,“İqlim dəyişikliyi ilə bağlı hədəflərdə ekoloji cinayətkarlıqlamübarizənin rolu: beynəlxalq və milli kontekst” və bir sıra digərmövzularda müzakirələr təşkil ediləcək.