AZ

Millət vəkilindən təsirləndirici sözlər: Haqqında danışdığı "Ustad" kimdir?

Millət vəkili Ceyhun Məmmədov atasının məzarını ziyarət edib, onun haqqında "Ustad" ifadəsini işlədərək təsirləndirici sözlər yazıb.

News365.az həmin sözləri təqdim edir:


"Sentyabrın 6-sı ustadın anadan olduğu gündür. Ötən ayın 30-u ustadın dünyadan köçməsindən iki il ötdü. Əsas diqqət seçkilərə yönəldiyi üçün həmin günü qeyd edə bilmədik. Bu gün doğmalar onu yad etmək üçün bir araya gələcək.

Dünən ustadın qəbrinə baş çəkdim. Bir xeyli söhbət etdik, dərdləşdik. Getdiyim hər yerdə onun insanlara etdiyi yaxşılılqlardan bəhs olunduğunu, dünyadan köçdüyünü bilməyənlərin ona salam göndərdiyini bildirdim.

Açığı üzərindən iki il keçsə də ustad üçün tez-tez darıxıram. Təkcə mən yox bütün qohumlar, dostlar, qonşular, iş yoldaşları onun üçün darıxır. Üstündən iki il keçsə də heç kim onun yoxluğu ilə barışmır. Heç kim bunu zəiflik və ya valideynə çox bağlılıq kimi, qəbul etməsin. Bunu anlamaq üçün həmin hissləri dərindən yaşamaq yetər.

Ustadla münasibətlərimizə gəldikdə isə tez-tez müxtəlif məsələlərlə bağlı müzakirələr aparırdıq. Bəzən aramızda bir sıra məsələlərdə fikir ayrılığı olsa da mənim həyata düzgün baxışımın formalaşmasında, dövlətçilik təfəkkürünün formalaşmasında, dürüst və səmimi olmağa çalışmaqda onun rolu böyük olub.

O mənim həyatıma elə bir işıq saçıb ki,  düşünürəm ömrümün sonuna qədər bu işıq həyat yoluma nur saçmağa davam edəcək.

Dəyərli gənclər! Valideynlərinizin dəyərini bilin, onlara hər zaman böyük hörmət və ehtiramla yanaşın. Çalışın onlara lənət yox, rəhmət oxutdurun.

Həyat çox qısadır. Çalışın onu insan kimi yaşayın, insanların haqqına girməyin, unutmayın ki, hesab çox ağır olacaq."


Qeyd edək ki, Sentyabrın 1-i keçirilən Növbədənkənar Parlament seçkilərində, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə 70% səs toplayaraq liderliyi qoruyan Ceyhun Məmmədov sosial şəbəkələr vasitəsilə tez-tez gənclərə müraciət edir, onlarla müəyyən mövzularda nəsihətlərini bölüşür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
news365.az

1Mənbələr