AZ

Dənizdə tapılan sirli obyekt – FOTO

İstanbul Arnavutköy sahillərində bir balıqçı tərəfindən içərisində partlayıcı maddə olan dəmir parçası tapılıb.

Medianews.az xəbər verir ki, bu barədə haberler.com məlumat yayıb.

Məlumata görə hadisə İstanbulun Karaburun səmtinin Arnavutköy sahilində baş verib.

İddiaya görə, qayığı ilə dənizə çıxan balıqçı suyun səthində dəmir parçası tapıb. Balıqçı parçanı onların qayığına bağlayaraq quruya çıxarıb və sahilə çəkməyə başlayıb. Çıxarma ilə tərs fırlanan dəmir parçasının üzərində bir-birinə bağlı partlayıcılar ortaya çıxıb.

Hadisə yerinə gələn polis dəmir parçasının içindən çıxardıqları partlayıcıları araşdırmaq üçün mərkəzə aparıb.

Hadisə şahidləri sözlərinə görə, hətta yaxınlıqdakı restoranı da boşaldılıb:“İş 4-5 saat çəkdi. Böyük paket idi. İçində partlayıcı var idi”.

 

Nailə QASIMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
medianews.az

1Mənbələr