AZ

Baş məşqçisini dəyişən Premyer Liqa klubundan 4-cü transfer - SON DƏQİQƏ

Baş məşqçi postunda dəyişikliyə gedən «Kəpəz» transfer bazarında sürət yığıb.

Adil Şükürovu istefaya yollayıb yerinə Azər Bağırovu gətirən Gəncə təmsilçisi bu istiqamətdə dördüncü addımı atıb.

«Sarı-göylər» Turan Manafov, Rauf hüseynli və Panadan sonra Camal Cəfərovla anlaşıb. Nizami yurdunun təmsilçisi 22 yaşlı yarımmüdafiəçini "Sabah"dan icarəyə götürüb.

Masazır klubu onunla sözləşməsi 2025-ci il iyunun 30-da başa çatacaq yetirməsini təzminat almadan qarşı tərəfin ixtiyarına verib.

Gənclər yığmasının da formasını geyinmiş orta sahə oyunçusunun ötən mövsümünün ikinci yarısını da icarə sasında «Kəpəz»də keçirməsini xatırladaq.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
sportinfo.az

1Mənbələr