AZ

ABŞ Qəzzaya göndərdiyi yardımı İsrailə təhvil verdi

ABŞ Qəzzaya çatdıra bilmədiyi 2721 tondan çox humanitar yardımı İsrailin Aşdod limanına göndərib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçülərindən Sabrina Sinq mətbuata açıqlamasında ABŞ-ın Birgə Sahil Logistika Mexanizmi (JLOTS) müvəqqəti liman layihəsinin ləğvindən sonra Qəzzaya humanitar yardım səylərinin uğursuz olduğunu bildirib.

\"Bu ABŞ ordusunun Yaxın Şərqdə indiyədək göstərdiyi ən böyük humanitar yardım idi. Təəssüf ki, həftələrdir apardığımız danışıqlar nəticə vermədi\", - deyə Sabrina Sinq deyib.
 
Cəmalə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
azxeber.com

1Mənbələr