AZ

Milli Kitabxanada "Cəfər Cəfərov - 110" adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTO

Teatrşünas, ədəbiyyatşünas alim Cəfər Cəfərov 1914-cü il sentyabrın 7-də Bakıda kiçik bir tacir ailəsində anadan olub.O, ilk təhsilini Bakıda alıb. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirib. 2 il müəllim işlədikdən sonra 1932-ci ildə Moskvadakı A.Bubnov adına Pedaqoji İnstitutun Ədəbiyyat fakültəsinə daxil olub. 1937-ci ildə ali təh­silini başa vuraraq Bakıya qa­yıdıb.Teatrşünas, ədəbiyyatşünas alim elmi-tənqidi fəa­liyyətə 1930-cu ildən baş­la­­yıb, teatrın, dramaturgiyanın həm ta­rixi, həm də nəzəri problemlərinə dair san­bal­lı əsərləri ilə milli teatrşünaslığımızın el­mi-nəzəri əsaslarını yaradıb.Cəfər Cəfərov ömrünün 40 ilə qədər böyük bir hissəsini milli ədəbiyyata və incəsənətə həsr edib.Alim "Rejissor sənəti", iki cilddə Azərbaycan və iki cilddə rus dillərində "Seçilmiş əsərləri", "Azərbaycan Dram Teatrı" kitablarını, "Cavid və teatr", "Mirzə Fətəli Axundazdənin dramaturgiyası", "Mirzə Fətəli Axundzadə və teatr", "Vilyam Şekspirin dramaturgiyası" elmi əsərlərini yazıb. "Azərbaycan teatrı (1873-1973)" adlı monoqrafiyasında tarixi və elmi faktları sistemləşdirib.Cəfər Cəfərov 1972-ci ildə "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif olunub.O, Azərbaycan teatr­şü­­nas­lıq elminin formalaşmasında müs­təsna rol oyna­yan, bu elmin fundamental inkişaf proq­ramını müəy­yən­ləşdirən alim-nəzə­riy­yəçi ol­maqla yanaşı, görkəmli ictimai və dövlət xa­dimi kimi də böyük xidmətlər göstərib.Teatrşünas, ədəbiyyatşünas alim Cəfər Cəfərovun yubileyi münasibətilə Milli Kitabxanada “Cəfər Cəfərov - 110” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.Sərgidə müəllifi olduğu əsərlər, tərcümələri, tərtibçi, və redaktə etdiyi kitablar, həyat və yaradıcılığı haqqında yazılmış Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.Sərgi 1 həftə davam edəcək.Faktinfo.azBirinci məlumatlanmaq üçün facebook səhifəmizi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
44
faktinfo.az

10Mənbələr