AZ

"Siyasi münasibətləri İtaliya ilə gücləndirmək Azərbaycanın maraqlarına cavab verir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycanın xarici siyasət doktrinasında balanslaşdırıcı siyasətə üstünlük verilir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.

O bildirib ki, Azərbaycan həm Şimalla, Cənubla, həm Şərqlə, Qərblə iqtisadi, siyasi münasibətlərini gücləndirməkdədir: "O cümlədən Avropa ilə də Azərbaycan həm iqtisadi, siyasi baxımdan münasibətlərini gücləndirir. Avropa Birliyinin ayrı-ayrı dövlətləri Azərbaycana qarşı qərəzli davranır. Buna baxmayaraq Azərbaycan Avropanın aparıcı dövlətləri ilə, xüsusilə də, İtaliya ilə həm iqtisadi, həm də siyasi münasibətlərini yüksək səviyyədə qurmaq istəyir. Dünya siyasətində Avropa söz sahibidir, proseslərə təsir etmək gücündədir. O baxımdan Azərbaycanın Avropanın aparıcı dövlətlərindən biri olan İtaliya ilə ikitərəfli iqtisadi və siyasi münasibətlərini gücləndirməsinə Azərbaycanın xarici siyasət doktrinasının tərkib hissəsi kimi baxmaq məqsədəuyğun olmalıdır.

Azərbaycan Avropanın üçdə birinin enerji təhlükəsizliyini təmin etmək üçün müqavilələr bağlayır. Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyanın Avropa ilə əlaqələri kəsilib. Xüsusilə də, enerji ilə bağlı Avropa ehtiyac içindədir, problemləri var. Bu baxımdan Avropanın 10-a yaxın dövləti ilə Azərbaycan iqtisadi münasibətlərini genişləndirir. Enerji təhlükəsizliyini təmin etmək üçün siyasətini gücləndirməkdədir. Bu baxımdan Avropanın aparıcı dövləti olan İtaliyaya Prezidentin səfəri həm siyasi, həm də iqtisadi əhəmiyyət daşıyır. İqtisadi əhəmiyyəti odur ki, enerji ilə bağlı müqavilələr, iqtisadi münasibətlər barədə söhbətlər aparılacaq. Çünki Avropa Birliyinin ayrı-ayrı dövlətlərinin Azərbaycana qarşı qərəzli davranışları var. Avropadan gələn bu cür qərəzli davranışlara dəstək almaq üçün Azərbaycan İtaliyanın siyasi nüfuzundan istifadə etmək istəyir. Bu baxımdan siyasi münasibətləri İtaliya ilə gücləndirmək bizim xarici siyasətimizin tərkib hissəsi kimi Azərbaycanın maraqlarına cavab verir".

"Ümumilikdə Azərbaycan balans siyasətinə üstünlük verir. Hesab edirəm ki, bu, xarici siyasət doktrinasının tərkib hissəsidir. Bu, genişləndirilməlidir. Ona görə bəzi Qərb dairələri, xüsusilə də, Ermənistan bu məsələyə qısqanclıqla yanaşmaq istəyəcək, çalışacaq ki, İtaliya ilə Azərbaycanın inkişafına xələl gətirmək üçün böhtan kompaniyasına davam etsin.

Eyni zamanda Azərbaycan noyabrda COP29 tədbiri keçirəcək. Bu tədbirdə İtaliya rəsmilərinin də iştirakı vacib məsələlərdən biridir. Çünki bu beynəlxalq təşkilatı Azərbaycan yüksək səviyyədə həyata keçirməlidir ki, beynəlxalq imicini gücləndirsin. İtaliya rəsmilərinin də COP29-da iştirak etməsi barədə fikir mübadiləsi ola bilər" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
30
sia.az

10Mənbələr