Azərbaycanda internat müəssisələrində təlim-tərbiyə alan valideynini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı artıb.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etiyi məlumata görə, 2023-cü ildə belə uşaqları sayı 1459 olub.
Onların 933-ü körpələr və uşaq evlərində, 414-ü ümumi təyinatlı və inteqrasiya təlimli internat tipli ümumi təhsil müəssisələrində qeydiyyatda olub.
2015-ci ildə internat müəssisələrində təlim-tərbiyə alan valideynini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 602, 2020-ci ildə 771, 2022-ci ildə 1363 olub.