Bakı. Trend:
Bakıda hərrac vasitəsi ilə satışa çıxarılan binanın qiyməti 2.47milyon manat ucuzlaşdırılıb.
Trend-in məlumatına görə, Bakıda, Səbail rayonu, AbbasquluAbbaszadə küçəsi, 108 ünvanında yerləşən xüsusi müsadirə edilmişbina 22 milyon 232 min 700 manata yenidən satışa çıxarılıb.
Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 26sentyabr 2024-cü il tarixdə hərrac keçiriləcək.
Bundan əvvə isə bina 27 avqust 2024-cü il tarixdə 24.7 milyonmanata satışa çıxarılmışdı. Binanın ərazisi 18972.2 kvadratmetrdir.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışaçıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanınamüraciət edə bilərlər. Hərraclarda sifariş və digər zərurisənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10%həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu,Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) hərracın keçirilməsinə əngeci 3 bank günü qalanadək qəbul edilir.