AZ

TƏCİLİ! Oktyabrın 1-dən qiymətlər QALXIR

Oktyabrın 1-dən Azərbaycanda alkoqollu içkilərin və tütün məmulatlarının tranzit daşınması zamanı yarana biləcək gömrük borcunun ödənilməsinin təmin edilməsi məqsədilə Gömrük Məcəlləsinin 258.1.4-cü maddəsinə əsasən təminat üsulu olaraq depozitin tətbiqinə başlanacaq.

Məlumata görə, təminatın məbləği tranzit daşımasını həyata keçirən hər nəqliyyat vasitəsinə münasibətdə minimum 200 000 ABŞ dolları ekvivalentində müəyyən edilib. Gömrük bəyannaməsi təsdiq edildiyi gün vəsaitin Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manat ifadəsində banka depozit şəklində qoyulmasına dair təsdiqedici sənəd gömrük orqanına təqdim olunmalıdır.

Maraqlıdır, yeni qanun alkaqollu içkilərə və tütün məhsullarının qiymətinə necə təsir edəcək?

Məsələ ilə bağlı danışan iqtisadçı Akif Nəsirli News24.az-a bildirib ki, qanuna edilən dəyişikliklər alkaqollu içkilərə və tütün məhsullarına təsirsiz ötüşməyəcək:

“Əlbəttə bu qanunun qəbul edilməsi sözsüz ki, əlavə xərclərə səbəb olacaq. Yeni qanuna görə hər bir sahibkar öz kapitalından 200 min ABŞ dolları ayırıb depozit qoymalıdır. Həmin ayrılan kapitalın yeri isə boş qalacaq. Bu isə sahibkarın imkanlarının zəifləməsinə səbəb olacaq. Ən azı onlar bu dövrüyyəni yenidən bərpa etmək üçün qiymətləri bərpa etmək məcburiyyətində qalacaq”.

İqtisadçı qeyd edib ki, 200 min ABŞ dolları məhsulun üzərinə müəyyən faizlərin gəlməsinə səbəb olacaq. Onun sözlərinə görə, bu məmulatların qanun qüvvəyə mindikdən sonra bahalaşması gözləniləndir:

“Yeni qanunla alkoqollu içkilər və tütün məhsullarına tətbiq edilən vergi və aksiz dərəcələri artırıla bilər. Bu, istehsalçıların və satıcıların əlavə xərclərini qarşılamaq üçün məhsul qiymətlərini artırmasına səbəb ola bilər. Nəticədə, bu məhsulların bazarda qiymətləri yüksələcək. Qanunlar idxal olunan alkoqollu içkilər və tütün məhsullarına yeni tələblər və ya məhdudiyyətlər qoya bilər. İdxalın məhdudlaşdırılması yerli bazarda məhsulun qiymətini artıran təklif azlığına səbəb ola bilər”.

Aqil Qarayev

Seçilən
46
11
kanal.az

10Mənbələr