AZ

Fransada orta təhsil ocaqlarınınn 56%-də müəllim çatışmır

Fransada

Paris, 6 sentyabr, AZƏRTAC,

Fransanın orta təhsil üzrə müəllimlərin həmkarlar ittifaqının (Snes-FSU) apardığı araşdırmalara görə, orta təhsil ocaqlarının 56 %-də müəllim çatışmazlığı var.

AZƏRTAC xəbər verir ki, bu araşdırma Fransanın 893 təhsil müəssisəsində aparılıb. Snes-FSU tərəfindən aparılan sorğuya görə, tədris ilinin əvvəlində Fransanın orta məktəb və liseylərinin 56%-də ən azı bir müəllim çatışmır.

Normandiyada orta və ali məktəblərin 43%-də, Versalda 72%, Lyonda isə 68% təhsil ocağında müəllim çatışmazlığı yaranıb.

Araşdırmaya görə, fransız dili, digər müasir dillər, riyaziyyat, texnologiya və ekoidarəetmə kimi fənnlər üzrə müəllim çatışmır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
azertag.az

2Mənbələr