AZ

Bir ayda iki min 600 nəfərə əlilik təyin edilib

2024-cü ilin səkkiz ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 32,5 min şəxsə əlilik təyin olunub. Bu barədə agentlikdən bildirilib. 
 
Təkcə avqusta isə 2,6 min nəfərə əlilik təyin edilib. 
 
Onlardan 16,3 mininə ilkin, 16,2 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.
 
2024-cü ilin altı ayında Azərbaycanda xüsusi şərtlərlə pensiya alanların sayı 144,714 nəfər təşkil edir. 

Hazırda ölkə üzrə kişilərin pensiya yaşı 65, qadınların isə pensiya yaşı 64 hesablanır. 
 
Gülnar 

 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
49
anews.az

10Mənbələr