AZ

Türkiyə Sudana humanitar yardım göndərdi

Türkiyənin Sudana göndərdiyi humanitar yardım ölkənin 13 əyalətinə çatdırılıb.

Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) iyul ayında Sudana göndərilən humanitar yardımın Türk Qızıl Aypara və Sudan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində ölkənin 13 əyalətinə çatdırıldığını açıqlayıb.

Sudanın şərqindəki Port Sudan şəhərində köçkünlərin sığındığı mərkəzdə yardımların paylanması ilə bağlı proqram təşkil edilib.

Proqramda Türkiyənin Sudandakı səfiri Fatih Yıldız, Türkiyə Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Proqramlar və Əməliyyatlar Müdirliyinin Afrika üzrə müdiri Aleks-Caques Remi, Sudan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ayda Seyyid Abdullah və yerli rəsmilər iştirak ediblər.

Səfir Fatıh Yıldız rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib:"Yurd-yuvasından didərgin düşmüş sudanlılara türk qardaşlarının dəstəyini və salamlarını çatdırdıq. Onlar öz evlərinə qayıdanadək dəstəyimiz davam edəcək''.

Türkiyə Qızıl Aypara Cəmiyyətinin Afrika üzrə müdiri Aleks-Caques Remi deyib:“Sudanda davam edən humanitar böhran səbəbindən Port Sudana 2408 ton humanitar yardım çatdırılıb''.

Humanitar yardımın Sudanın 13 əyalətinə çatdırıldığını ifadə edən Remi təxminən 151 min adamın bu yardımdan faydalandığını qeyd edib.

Sudan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ayda Seyyid Abdullah deyib: “Sudanda humanitar böhran və daşqınlardan zərər çəkmiş insanlara yardım etdikləri üçün Türkiyə hökumətinə, Türkiyə Qızıl Aypara Cəmiyyətinə və bütün yardım təşkilatlarına təşəkkür edirik”.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
41
trt.net.tr

10Mənbələr