AZ

İçində meyit olan tabutu oğurladı

ABŞ-də bir qadın dəfn evinə girərək içərisində meyit olan tabutu oğurlayıb.

"Unikal" xəbər verir ki, Las-Veqasda baş verən hadisədə 47 yaşlı Patrisiya Sierranın dəfn evinə daxil olaraq 2600 dollar dəyərində tabutu oğurladığı anlar kameralara düşüb. Sierra pəncərəni sındıraraq içəri girib və tabutu təkərli araba ilə çıxarıb. 

Tabutdakı meyit daha sonra dəfn evinin yanında tapılıb. 

Hadisə zamanı sərxoş olduğunu deyən Sierra tabutu oğurladığını xatırlamadığını bildirib. Bildirilib ki, qadın əvvəllər oğurluq cinayətlərinə görə məhkum olunub.

Seçilən
185
50
unikal.az

10Mənbələr