AZ

Dünyada iki milyona yaxın insan aclıqla üz-üzədir

Dünyada aclıqla üzləşən insanların sayı 1,9 milyon nəfərə yüksəlib.

Bakıvaxtı.az bu barədə Qida Böhranına Qarşı Qlobal Şəbəkənin yayımladığı Qlobal Ərzaq Böhran Hesabatına istinadla xəbər verir.

Yenilənmiş hesabatda müəyyən edilib ki, münaqişələr, ekstremal iqlim hadisələri və iqtisadi şoklar aclığı artırmağa davam edir və buna görə də kəskin ərzaq təhlükəsizliyi səviyyəsi yüksək olaraq qalır.

Hesabatda fəlakətli aclıq səviyyəsi ilə üzləşən və ya üzləşməsi gözlənilən insanların sayı 2023-cü ildə 5 ölkə və ya regionda 705 min nəfərdən 4 ölkədə 1,9 milyona qədər artıb.

 Bildirilib ki, bu rəqəm hesabatda qeydə alınan ən yüksək rəqəm olub.

Artımın isə səbəbi kimi Sudan və Qəzza zolağındakı münaqişələr səbəbindən artıb.

Əli Hüseynov

Seçilən
120
bakivaxti.az

1Mənbələr