“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen “mavi qranat”ın düşərgəsindəki gələcəyindən danışıb.
90deqiqe.Az xəbər verir ki, "Barca Universal" alman qolkiperin dediklərini belə çatdırıb:
"Mənim klubla uzunmüddətli müqaviləm var. Mən burada hər şeydən razıyam, sevdiklərim də. Hazırda hər şeydən tam razıyam.”
Ter Ştegenlə Kataloniya nəhəngi arasındakı müqavilə 2028-ci ilin yayında başa çatır. Cari İspaniya çempionatında qapıçı üç qol buraxdığı dörd oyun keçirib.
Əlavə edək ki, Manuel Noyer millidən ayrıldıqdan sonra Mark-Andre Bundestimin ilk nömrəsi olub.