Bayden administrasiyası Ukraynanın “yanmaması” üçün təcili danışıqlar aparır.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildiliri ki, Bayden administrasiyası Konqreslə Ukraynanın “yanmaması” üçün ona 6 milyard dollarlıq hərbi yardımdan istifadə etmək barədə təcili danışıqlar aparır.
Agentlik bildirir ki, vəsait sentyabrın 30-dək, yəni büdcə ilinin sonuna kimi istifadə edilməlidir.
Məbləğ Baydenin apreldə qanuna imza atdığı qanun layihəsində 7,8 milyard dolların qalan hissəsidir.
Xuraman Etibarlı
İnterpress.az