Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez jurnalistlərə açıqlamasında təcrübəli hücumçunun karyerasında Kriştianu Ronaldonun Millətlər Liqasında Xorvatiya ilə matçda vurduğu 900-cü qoldan danışıb.
90deqiqe.Az xəbər verir ki, Martinez bunun tarixi bir an olduğunu və 900 qolun sadəcə inanılmaz rəqəm olduğunu qeyd edib.
“Düşünürəm ki, Ronaldonun Pepenin şərəfləndirdiyi gün 900-cü qolunu vurması azarkeşlərin xoşuna gəlməlidir. Bu, daha da xüsusidir”, - Martinez əlavə edib.
Xatırladaq ki, Martinezin rəhbərlik etdiyi Portuqaliya yığması Millətlər Liqasında xorvatlar üzərində 2:1 hesabı ilə çətin qələbə qazana bilib. Ronaldo qələbə qolunu vurub.