AZ

Stoltenberq NATO ölkələrini Ukraynaya silah tədarükünü davam etdirməyə çağırıb

Şimali Atlantika Alyansı ölkələri Ukraynaya silah tədarükünü davam etdirməlidir.

Bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Norveçdə ölkənin baş naziri Jonas Qahr Stere ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Ukraynanın münaqişədə qalib gəlməsinin ən yaxşı yolu alyansdan dəstək almağa davam etməkdir. Biz əmin olmalıyıq ki, [Rusiya prezidenti Vladimir] Putin qalib gəlməsin”, – o deyib.

Bundan əlavə, Stoltenberq Çinə xəbərdarlıq edib. Onun sözlərinə görə, Moskvaya dəstək Pekinin reputasiyasına təsir edə bilər.

Mövsüm

Seçilən
48
aznews.az

1Mənbələr