AZ

Bizim klubların yayda transferlərə xərclədiyi MƏBLƏĞ!

Yayda müxtəlif ölkələrin klubları arasında transfer olunan futbolçuların sayında rekord qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.

Transferlərin ümumi sayı hazırda 10,9 mini ötüb. Kişi futbolunda ümumi transfer xərcləri 6,4 milyard dollara çatıb ki, bu da tarixdə ikinci ən yüksək göstəricidir.
Ən çox transfer İngiltərə klubları arasında baş tutub. 526 futbolçu (1,60 milyard dollar) alınıb, 523 (1,25 milyard dollar) oyunçu satılıb. Bu göstəricilər bu yay dünyada ən yüksək olub.

Futbolçulara xərclənən vəsaitə görə İngiltərədən sonra İtaliya klubları (825 milyon dollar) gəlir. Bu mənada Fransa üçüncüdür (697 milyon dollar).

Satış gəlirlərinə görə isə Fransa klubları ikinci (756 milyon dollar), İspaniya təmsilçiləri üçüncü yerdə (556 milyon dollar) qərarlaşıb. Növbəti yeri isə Almaniya (572 milyon dollar) tutub.

FIFA-nın yay transfer pəncərəsinin nəticələrinə dair hesabatına əsasən, klublarımız transferlərə ümumilikdə 4,33 milyon dollar məbləğində vəsait xərcləyiblər.

Bu göstəriciyə görə Azərbaycan dünyada 38-cidir.

Beynəlxalq federasiya 2024-cü ilin yayında Azərbaycan klublarının 70 gələn və 41 gedən transferini qeydə alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
sportinfo.az

1Mənbələr