AZ

İsveç millisinin kapitanı: "Azərbaycan üç qol buraxdıqdan sonra da təslim olmadı"

İsveç milli komandasının kapitanı Deyan Kuluşevski Millətlər Liqasının C1 qrupunda Azərbaycan yığması ilə Bakıda keçirilən açılış oyununu (3:1) şərh edib.

Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi komandasının qələbəsi barədə bunları deyib:

"Biz bilirdik ki, Bakıda bizi çətin oyun gözləyir. Bakıda meydan sahiblərinə qarşı oynamaq çox çətindir. Bunu ötən il də gördük. Onların kifayət qədər yaxşı oyunçuları var. Qələbə böyük çətinliklə əldə edildi. Rəqib üç qol buraxdıqdan sonra da təslim olmadı. Bu, qələbəni daha da şirin edir. Turnirin başlanğıcında vacib üç xalı qazandıq".

Qeyd edək ki, Azərbaycan millisi evdə İsveçə 1:3 uduzub.

saytlarin hazirlanmasi

phrase_var_article.chosen
188
44
sportal.az

10phrase_var_article.sources