AZ

TDT ölkələrinin daxili işlər nazirlərinin növbəti iclası Azərbaycanda keçiriləcək

Bakı. Trend:

Türk Dövlətləri Təşkilat Daxili İşlər Nazirlərinin 2-ci iclası2025-ci ildə Azərbaycan Respublikasında keçiriləcək.

Trend xəbər verir ki, bu barədə bu gün Qırğızıstanın Çolpon-Ataşəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daxili işlərnazirlərinin 1-ci toplantısında qərar qəbul edilib.

İclasda Azərbaycan Respublikasının daxili işlər naziri VilayətEyvazov, Qazaxıstan Respublikasının daxili işlər naziri ErjanSadenov, Qırğız Respublikasının daxili İşlər naziri UlanNiiazbekov, Türkiyə Respublikasının daxili işlər naziri AliYerlikaya, Özbəkistan Respublikasının daxili işlər naziri PulatBobojonov və Türk Dövlətləri Təşkilatının Baş Katibi KubanıçbekÖmurəliyev iştirak ediblər.

İclasda çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibivurğulayıb ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Daxiliİşlər Nazirlərinin 1-ci Toplantısı müntəzəm olaraq fəaliyyətgöstərəcək və Türk dövlətlərinin əməkdaşlığın möhkəmləndirilməsiistiqamətində daha bir addım olacaq yeni platformanın əsasınıtəşkil edir.

Nazirlər nazirliklərinin terrorizm, ekstremizm, narkotik vəinsan alveri, kibercinayətkarlıq kimi transmilli mütəşəkkilcinayətlərlə mübarizə sahəsində fəaliyyəti barədə məlumat veriblər.Onlar TDT çərçivəsində hüquq-mühafizə orqanları arasındaəməkdaşlığın vacibliyini vurğulayıblar.

Nazirlər TDT Daxili İşlər Nazirlərinin 1-ciiclasınınBəyannaməsini imzalayıblar və TDT Daxili İşlər Nazirlərinin növbəti2-ci iclasının 2025-ci ildə Azərbaycan Respublikasında keçirilməsibarədə qərar qəbul ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
4
az.trend.az

5Mənbələr