AZ

Bakı Zəngəzura görə səs verə biləcək – Xaçikyandan ŞOK 

“Ermənistan hökuməti Qarabağda olduğu kimi Zəngəzur məsələsində də tələblərini azaltmağa başlayıb”.

Referans.az xəbər verir ki, bunu Stenford Universitetinin politoloqu Artur Xaçikyan deyib.

O iddia edib ki, Zəngəzur dəhlizini özəl şirkətə vermək ölkənin suverenliyinin pozulmasdır:

“Əslində bu o deməkdir ki, biz suveren ölkə deyilik. Putin Əliyevlə Ermənistanın gələcəyini müzakirə edir və deyir ki, İrəvanı məlumatlandıracaq. Bu onu göstərir ki, artıq bizim əhəmiyyətimiz yoxdur. Bizə aid olanları özləri həll edirlər”.

“Zəngəzurun özəl şirkətə verilməsi odur ki, biz bu məsələdə tələblərimizi azaldırıq. Əvvəla, bu şirkət hansı ölkəni təmsil edəcək? Onunla müqavilə necə bağlanacaq? Əgər bu həm Azərbaycan, həm Ermənistanla bağlanacaqsa, bu o deməkdir ki, Bakı artıq bizim suverenliyimizi bölüşür. Yəni əgər sabah şirkətlə fikir ayrılığı olsa, bu o deməkdir ki, Azərbaycanın Ermənistanla bərabər səsvermə hüququ olacaq”, – Xaçikyan bildirib./ Globalinfo.az


Seçilən
77
1
referans.az

2Mənbələr