AZ

Özbəkistan "Lufthansa" uçuşlarının bərpasına ümid edir

Özbəkistanın nəqliyyat naziri İlxom Mahkamov, Almaniyanın "Lufthansa" aviaşirkətinin Özbəkistana uçuşlarının tezliklə bərpa olunacağına ümidini ifadə edib. 

Fins.az xəbər verir ki, bu məsələ Özbəkistan nəqliyyat naziri İlxom Mahkamov və Almaniyanın yeni səfiri Manfred Huterer arasında keçirilən görüşdə müzakirə edilib. Görüşdə iki ölkə arasında səmərəli əməkdaşlığın nəticələri və gələcək perspektivlər müzakirə olunub. Mahkamov Almaniyanın Rhenus, Deutsche Bahn, DB Engineering & Consulting və DB Schenker kimi şirkətlərlə əməkdaşlığın genişliyini vurğulayıb.

Qeyd edək ki, "Lufthansa" aviaşirkəti Özbəkistan bazarına 1993-cü ildə daxil olub.

Şirkət 2001-ci ildə sərnişin axınının azalması səbəbindən Daşkənd uçuşlarını dayandırıb.

Kaira Agayeva 

Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
fins.az

1Mənbələr