AZ

Amerikalı qadın 3 və 6 yaşlı müsəlman uşaqlara zərər vermək istəyib

ABŞ-da bir qadın üç yaşlı qızı İslam dininə mənsub olduğu üçün batırmağa və onun qardaşına xəsarət yetirməyə cəhd edib.

Musavat.com “Fox 4” telekanalına istinadla xəbər verir ki, texaslı Elizabet Vulf uşağı nifrət cinayətində boğmağa cəhddə ittiham olunub.

Bildirilir ki, bu ilin may ayında sərxoş amerikalı qadın hovuz kənarında olan hicablı fələstinli qadına və onun iki uşağına yaxınlaşıb.

Şahidlərin dediyinə görə, 42 yaşlı Vulf uşaqlara hücum etməzdən əvvəl irqçi ifadələr işlədib və sonra altı yaşlı uşağı cırmaqlayıb. Ana oğluna kömək etməyə tələsən zaman amerikalı qadın onun yaşlı qızını tutub və zorla suda batırmaq istəyib.

Travma almış və qorxmuş uşaqlar onun əlindən alınıb.

Hələlik Vulf rayon həbsxanasında məhkəməsini gözləyir.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
musavat.com

2Mənbələr