AZ

Avropa ən böyük təhlükəsizlik böhranını Trampa görə proqnozlaşdırıb

Əgər keçmiş prezident Donald Tramp ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlsə, Avropa İkinci Dünya Müharibəsindən sonra regionda ən geniş təhlükəsizlik böhranı ilə üzləşə bilər.

Editor.az bu barədə Amerikanın “Foreign Affairs” jurnalına istinadla yazır.

“Avropa (Trampın qələbəsi ilə – redaktorun qeydi) İkinci Dünya Müharibəsindən bəri üzləşmədiyi miqyasda təhlükəsizlik böhranı ilə üzləşməli olacaq”, – nəşr yazır. Eyni zamanda, bildirilib ki, ABŞ regionda müvafiq hərbi rəhbərlik və imkanlar təqdim etməsə, Avropa paytaxtları Ukrayna məsələsində tez bir zamanda bir-birinə qarşı çıxa bilər. Mərkəzi və Şərqi Avropa ölkələri Ukraynanı güclü saxlamaq üçün səylərini ikiqat artıra bilər.

Qərbi Avropa isə qərar verə bilər ki, ABŞ-ın yoxluğunda ən yaxşı variant Ukraynanı Rusiyaya ciddi güzəştlərə getməyə məcbur etməkdir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
123
editor.az

1Mənbələr