AZ

600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib

İmişli rayon Ağsaqqallar Şurasının qərargahında ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib.

Yeniazerbaycan.com xəbər verir ki, görüşdə rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, İmişli rayon Təhsil sektorunun müdiri Kərim Kərimov, Şuranın sədr müavini Səlim Məhərrəmov, Şura sədrinin köməkçisi Ramiz Əliyev, İmişli şəhər 5 saylı tam orta məktəbin direktoru Validə Zülfüqarova, valideynlər və məzunlar iştirak ediblər. İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının sədri, Hesablayıcı Komissiyanın sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin adından tədbir iştirakçılarını salamlayıb. Saleh Səmədov tələbə adını qazanan məzunları təbrik edib, onlara savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıb. 

Çıxış edənlər qeyd ediblər ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfəsini verməkdədir. Sonda qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov qiymətli hədiyyələr təqdim edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
yeniazerbaycan.com

1Mənbələr