AZ

Yaponiya elektromobillər üçün akkumulyatorların istehsalına təqribən 2,4 milyard dollar ayıracaq

Yaponiya

Bakı, 6 sentyabr, AZƏRTAC

Yaponiya hökuməti elektrik avtomobil akkumulyatorlarının yerli istehsalını dəstəkləmək üçün təqribən 2,4 milyard dollar vəsait ayırmağı vəd edib.

AZƏRTAC xəbər verir ki, Yaponiya mediasının proqnozlarına görə, bu addım ölkənin illik akkumulyator istehsal gücünü indiki 80 QVt-dan təxminən 50 faiz artıraraq 120 QVt-saata çatdırmağa kömək edəcək.

“Toyota” şirkəti 2026-cı ilin noyabr ayından etibarən akkumulyatorların tədarükünə başlayacaq. “Yomiuri” qəzeti yazır ki, plan Hyoqo və Fukuoka prefekturalarında akkumulyator zavodlarının tikintisini nəzərdə tutur.

“Nissan” şirkəti isə illik 5 GWh yerli istehsal gücünə nail olmaq üçün 2028-ci maliyyə ilindən etibarən mini avtomobillərə litium-dəmir fosfat batareyaları quraşdırmaq niyyətində olduğunu bildirib.

“Panasonic”in “Tesla” və “Subaru” üçün akkumulyatorlar istehsal edən enerji bölməsi birgə bəyanatda 2028-ci maliyyə ilindən başlayaraq silindrik litium-ion batareyaları tədarük etmək üçün Tokionun şimalındakı Qunma prefekturasında zavod açacağını bəyan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
azertag.az

1Mənbələr