AZ

Sumqayıtda müxtəlif vaxtlarda oğurluq edənlər yaxalanıblar

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində müxtəlif vaxtlarda oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Belə ki, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 2-də 11-ci mikrorayon ərazisində yerləşən marketdə bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən Y.Şərifov, 3-cü Polis Bölməsi  əməkdaşlarının keçirdikləri tədbirlərlə “KİA” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən C.Qarayev, 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə 1-ci mikrorayon ərazisində yerləşən köşklərin birindən 850 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən S.Cəbrayılov saxlanılıb.

Hər üç faktla bağlı araşdırma aparılır. 

P.ƏMİRCANOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
xalqqazeti.az

1Mənbələr