AZ

Ulan-Batorda Statistika rəhbərləri üçün liderlik təlimi keçirilib - DSK

2024-cü ilin 4-6 sentyabr tarixlərində XXI əsrdə İnkişaf Naminə Statistikada Əməkdaşlıq (PARIS 21) təşkilatı, BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutu (SIAP) və Monqolustan Milli Statistika İdarəsi tərəfindən Ulan-Bator şəhərində milli statistika qurumlarının rəhbərləri üçün statistik liderlik bacarıqlarının artırılmasına dair regional təlim seminarı keçirilib. Tədbirdə Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov iştirak edib.

Fins.az xəbər verir ki, tədbir zamanı emosional zəkanın, psixoloji hazırlığın əhəmiyyəti və onlardan statistikanın təşkili və inkişafında istifadə olunması, bu sahədə liderliyin əsas amilləri, inklüziv liderlik sahəsində qabaqcıl təcrübələr, işçilərin karyerada yüksəlişinə dəstək üçün ünsiyyət bacarıqlarının gücləndirilməsi kimi mövzular müzakirə olunub, praktiki məşğələlər keçirilib.

Təlim seminarının məqsədi statistika qurumlarına rəhbərlik edən şəxslərin idarəetmə və liderlik bacarıqlarının yaxşılaşdırılması, qarşıya çıxan problemlərin səmərəli həlli ilə bağlı potensialının artırılmasından ibarət olub.



Zemfira Ms
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
fins.az

1Mənbələr