İspaniyanın hazırkı daxili işlər naziri Fernando Qrande-Marlaska "Real"ın hücumçusu Vinisius Juniorun irqçiliklə bağlı dediyi sözlərə münasibət bildirib.
QOL.az xəbər verir ki, Vinisius ölkədə vəziyyət dəyişməsə, İspaniyanın 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməməli olduğunu söyləyib.
Qrande Marlaska isə deyib: “Müxtəlifliyə hörmət etmək bizim DNT-mizin bir hissəsidir. Biz istənilən ayrı-seçkiliyə qarşı effektiv və birbaşa mübarizə aparırıq. Bu, İspaniya hökumətinin və Daxili İşlər Nazirliyinin prioritetlərindən biridir”.
Qeyd edək ki, 2030-cu il dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Həmçinin, Uruqvay, Argentina və Paraqvayda turnirin bir açılış matçının keçirilməsi planlaşdırılır.