AZ

Tikinti materialları və yeni qanun Bakıdakı fərdi evlərin qiymətinə təkan verəcək

Bakıda fərdi yaşayış evlərinin qiymətinə əsasən tikinti materialları bazarında qiymət dəyişiklikləri və mövsümi amillər təsir göstərir.

Banker.az xəbər verir ki, bu barədə ipoteka bazarında ən iri portfelə sahib olan ABB-nin hesabatında qeyd edilib.

Belə ki, yay aylarında fərdi yaşayış və bağ evlərinə tələbin artması qiymət artımına səbəb olur.

Bundan başqa, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin su və qaz təchizatı şəbəkələrinə qoşulması 01.10.2023-cü il tarixdən, elektrik şəbəkəsinə qoşulması isə 01 yanvar 2024-cü il tarixdən qadağan edilib.

Bank analitikləri hesab edir ki, bu qaydaya əsasən, təkrar bazara tələbin artması və bunun nəticəsində fərdi yaşayış evlərinin qiymətində artımın müşahidə edilməsi gözlənilir.

1111

Əvvəlki dövrlə müqayisədə 2023-cü ildə torpaq sahəsinin 1 sotuna düşən ən kəskin orta qiymət artımı 43% olmaqla Nəsimi rayonundadır. Nərimanov rayonunda torpaq qiymətində 5% azalma qeydə alınıb.

21323

Torpaq sahələrində isə ən çox bahalaşma Sabunçu rayonunda qeydə alınmışdır. 2022-ci il ilə müqayisədə yalnız Qaradağ rayonunda torpaq qiymətində azalma müşahidə edilir.

21312312

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
banker.az

1Mənbələr