AZ

Pekində Çin-Afrika Əməkdaşlıq Forumunun sammiti açılıb

Bu gün Pekində Çin-Afrika Əməkdaşlıq Forumunun sammiti açılışı olub.

Fins.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Çin Prezidenti Si Cinpin, Çin-Afrika münasibətlərinin tarixin ən yüksək səviyyəsinə çatdığını vurğulayıb. O, Afrika ölkələri ilə əlaqələri strateji səviyyəyə qaldırmağı və Çin-Afrika əlaqələrinin ümumi statusunu hər cür hava şəraitində ortaq taleyi olan Çin-Afrika icması kimi inkişaf etdirməyi təklif edib.

Sammitdə 3000-dən çox lider, rəsmi və biznes nümayəndəsi iştirak edib. Si Cinpin bildirib ki, Çin 15 ildir Afrikanın ən böyük ticarət tərəfdaşıdır və əməkdaşlığın gücləndirilməsi iki tərəf arasında etimadı artıracaq.

Prezident həmçinin, yaxın üç ildə Afrika ilə modernləşmə sahəsində 10 tərəfdaşlıq fəaliyyət planının həyata keçiriləcəyini elan edib.

Kaira Agayeva 

Fins.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
fins.az

1Mənbələr