AZ

Türkiyənin XİN rəhbəri Kosovoda səfərdədir

Türkiyənin

İstanbul, 6 sentyabr, Günel Karatepe, AZƏRTAC

Türkiyənin xarici işlər naziri Hakan Fidan Kosovoda rəsmi səfərdədir.

AZƏRTAC xəbər verir ki, səfər Kosovo xarici işlər və diaspor naziri Donika Gervalla-Şvarsın dəvəti əsasında baş tutub.

Səfər çərçivəsində Hakan Fidanın Kosovo Prezidenti Vyosa Osmani, Baş nazir Albin Kurti ilə görüşü nəzərdə tutulub.

Hakan Fidan, ilk növbədə, kosovolu həmkarı ilə görüşüb. Görüşdən sonra iki nazir mətbuata birgə açıqlama veriblər.

Görüşlərdə iki ölkə arasındakı əlaqələr, regional, o cümlədən təhlükəsizlik məsələləri, xüsusilə FETÖ ilə mübarizə müzakirə olunacaq, İqtisadiyyat və Ticarət Birgə Komitəsinin ilk iclası keçiriləcək.

Nazir Fidanın səfər çərçivəsində NATO Kosovo Qüvvələrinin komandanı general-mayor Özkan Ulutaş ilə görüşü, Kosovo türklərinin sıx yaşadığı Prizren və Mamuşaya səfəri də gözlənilir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
azertag.az

2Mənbələr