AZ

Ərdoğan gələcək - Bəs Vuçiç Putinin dəvətini niyə rədd edib?

Serbiya prezidenti Aleksandr Vuçiç Rusiya prezidenti Vladimir Putinin dəvətinə baxmayaraq, oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirak etməyəcəyini açıqlayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Vuçiç həmin vaxt respublikada xaricdən önəmli qonaqları olacağını bildirib.

Putinin köməkçisi Yuri Uşakov bildirib ki, indiyədək dəvət olunmuş 36 xarici liderdən 18-i sammitdə iştirakını təsdiqləyib, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan.

Tədbirdə Boliviya, Monqolustan və Belarus prezidentləri də iştirak edəcək.

Xatırladaq ki, Rusiya bu il Braziliya, Hindistan, Çin, Cənubi Afrika, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir, Səudiyyə Ərəbistanı və Efiopiyanın da daxil olduğu BRİKS-ə sədrlik edir.

Sentyabrın 4-də Putin Vuçiçi alyansın Kazanda keçiriləcək sammitində gözlədiyini açıqlamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
publika.az

1Mənbələr