AZ

“Bolton”un hücumçusu uğursuzcasına asqırıb belini zədələdi

“Bolton”un nigeriyalı mərkəz hücumçusu Viktor Adeboyeco urursuzcasına asqırdıqdan sonra belindən zədə alıb.

Arena.az “The Bolton News” dərgisinə istinadən, klubun baş məşqçisi, ingilis mütəxəssis İan Evatın (Evatt) bu barədə məlumatını təqdim edir:

“Viktor asqırdıqdan sonra kürəyində meydana gəlmiş xoşagəlməz zədədən əziyyət çəkir – istəyirsiniz inanın, istəyirsiniz inanmayın.

Biz müayinə keçirmişik və tezliklə nəticələrini almalıyıq. “Çarlton”la oyunda onun rəqiblə toqquşmasını hamı xatırlayır, onda hər şey qaydasında idi. Ancaq sonra o, olduqca uğursuzcasına asqırıb. Viktor güclü oğlandır və asqıranda da möhkəm asqırır.

O, qabırğalarının arasında yüngül bir xırçıltı hiss edib. Ümidvarıq ki, fəsad qığırdaqda və ya əzələdədir”, deyə Evatt bildirib.

Viktor Adeboyeconun yeniyetməlik və erkən gənclik illəri “Arsenal”, “Uimbldon”, “Çarlton” və “Leyton Orient”də keçib. Sonra nigeriyalı hücumçu klubları əlcək kimi dəyişib: “Royston Taun”, “Hemel Hempsted Taun”, “Heybric Svifts”, “Dalviç Hamlet”, “Soham Taun Rencers”, “Marqeyt”, “Barnsli”, “Bristol Rovers”, “Kembric Yunayted” və “Berton Albion”da çıxış edib.

Viktor Adeboyeco “Bolton”a 2023-cü ilin yanvarında 570 min avro məbləğ müqabilində “Berton Albion”dan keçib. Nigeriyalı hücumçunun bu klubla müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Adeboyeco “Bolton”un heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 1 qol vurub.

Viktor Adeboyeco milli yığma komandaya cəlb edilməyib, həmçinin futbolçu böyük futbolda heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı nigeriyalı mərkəz hücumçusunun transfer dəyərini 850 min avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
arena.az

1Mənbələr