AZ

Erkin Qədirli MSK-ya şikayət etməyib - REAL Partiyasından AÇIQLAMA

REAL Partiyasının 16 Saylı Yasamal İkinci Seçki Dairəsindən deputatlığa namizədi Erkin Qədirli 6 məntəqənin nəticələrinin ləğvi üçün müraciət edib. Qeyd edək ki, MSK-nın siyahısında bu dairədən REAL-ın namizədi Erkin Qədirli deputatlığa lider namizəddir.

Erkin Qədirlinin bu addımı seçki prosesini izləyənlər tərəfindən birmənalı qarşılanmayıb.

Məsələ ilə əlaqədar Modern.az-a danışan REAL Partiyasının icraçı katibi Natiq Cəfərli söyləyib ki, Erkin Qədirli Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməyib:
 

"Erkin Qədirli 16 Saylı Yasamal İkinci Seçki Dairəsində bütün məntəqələr üzrə qalib gəlib. Lakin 6 məntəqədə seçkiyə gələn insanların real sayı ilə sonda elan olunan say üst-üstə düşməyib. Erkin Qədirli də həmin 6 məntəqə ilə bağlı Dairə Seçki komissiyasına müraciət edib ki, onların nəticələri ilə bağlı qərar verilsin.  
Erkin Qədirli Mərkəzi Seçki Komissiyasına müraciət etməyib, belə fikri də yoxdur. Çünki söhbət qalibiyyətin mübahisələndirilməsindən getmir. 40 məntəqənin hamısında Erkin Qədirli çox yüksək üstünlüklə qalib gəlib. Sadəcə, şikayət verdiyi 6 məntəqədə bizim müşahidəçilərin qeyd etdiyi seçici aktivliyi ilə sonda elan edilən seçici aktivliyi arasında fərq yaranıb. Bunu mediaya çox açıq şəkildə demişik. Erkin Qədirlinin mediaya verdiyi açıqlamanı nədənsə, bəzi saytlar tərsinə yazmağa çalışıb".

Seçilən
75
1
modern.az

2Mənbələr