AZ

“AzNur” ilk oyununda bərabərə qaldı

Bu gün minifutbol üzrə Çempionlar Liqasında qrup mərhələsində mübarizəyə yekun vurulacaq. Sport24.az xəbər verir ki, 2-ci gündə "AzNur" ilk oyununu keçirib.
 
Polşanın Varşava şəhərində keçirilən yarışda C qrupunda qərarlaşan və ilk matçda Fransanin "Piopio" klubunu 2:1 hesabı ilə məğlub edən "AzNur" bu dəfə meydan sahibləri "Qalport"la (Polşa) qarşılaşıb. Hesabda 0:2 geridə olan Rəcəb Fərəczadənin komandası əzmkar heç-heçə edib. Təmsilçimiz qrupda son oyununu "Andezit" (Ukrayna) klubuna qarşı keçirəcək.
 
Qeyd edək ki, E qrupunda qərarlaşan Azərbaycan çempionu "Birbaşa Bakı" isə turnirə İspaniyanın "Malaqa" klubu ilə 2:2 hesablı heç-heçə ilə başlayıb. Onlar ikinci oyunda "Livorno"nu (İtaliya) 3:1 hesabı ilə məğlub edublər. Bakılılar son görüşü "Brno"ya (Çexiya) qarşı keçirəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
sport24.az

1Mənbələr