AZ

Bəhreyn İrana görə ikinci dəfə əfv fərmanı imzaladı

Bəhreyn İranla münasibətlərin normallaşması fonunda bu il siyasi məhbuslar üçün ikinci amnistiya elan edib. 

Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə 2011-ci il etirazları zamanı həbs olunanlar da daxil olmaqla 457 nəfərin əfv edilməsi haqqında fərman imzalayıb.

Qeyd edilir ki, 2011-ci ildə minlərlə şiə (əhalinin əksəriyyətini təşkil edir) Bəhreyndə demokratik islahatlar, daha çox iş yerləri və sünni azlıqlarla bərabər hüquqlar tələbi ilə küçələrə çıxıb. 

2009 və 2011-ci illərdə Bəhreyndə təxminən 120 min nəfərin iştirakı ilə böyük nümayiş keçirilib. Bəhreyn hakimiyyəti Tehranı təşkilatçılıqda ittiham edib.

2016-cı ildə Səudiyyə Ərəbistanının Tehran və Məşhəddəki səfirliyi və konsulluğuna hücumdan sonra Bəhreyn İranla diplomatik əlaqələri kəsib. Hücuma səbəb Səudiyyə şiələrinin məşhur ruhani lideri Şeyx Nimrin Ər-Riyadda edam edilməsi olub.

Xatırladaq ki, 9 aprel 2024-cü ildə Bəhreyn kralı Əl-Xəlifə “kütləvi iğtişaşlar”da təqsirli bilinən 1584 nəfərə amnistiya verilməsi haqqında fərman imzalayıb. 

Bu ilin may ayında İranın mərhum xarici işlər naziri Hüseyn Abdullahian Bəhreynlə diplomatik əlaqələri bərpa etmək niyyətində olduqlarını açıqlayıb.

“Biz Bəhreyn hökumətinin siyasi məhbusları azad etməyə başlamasını alqışlayırıq. Hər iki tərəf gələcək addımlar atmaq və münasibətləri normala qaytarmaq barədə düşünür”, - o deyib.

Seçilən
182
17
olke.az

10Mənbələr