“Qalatasaray”ın sabiq futbolçusu Mario Lemina “Fənərbağça”nın maraq dairəsindədir.
İdmanxeber.az-ın məlumatına görə, “Vulverhempton”un yarımmüdafiəçisi İstanbul klubuna keçməyə yaxındır. Tərəflər arasında danışıqlar davam edir.
İstanbul nəhəngi İngiltərə klubu ilə 1 illik müqaviləsi olan 31 yaşlı orta xətt oyunçusunu transfer etmək istəyir.
Qeyd edək ki, Mario Lemina 2019/2020 mövsümündə icarə əsasında “Qalatasaray”da çıxış edib.